Marneuli İdman Məktəbinin cüdoçusu Liza Davadze Avropa kuboku
yarışlarında ikinci olub.
Marneuli İdman Məktəbinin məlumatına görə, bu, Marneulili cüdoçu
qızın Avropa kuboku yarışlarında ikinci yeri qazandığı ilk
haldır.
"Cari ilin 19-21 iyul tarixində Türkiyədə, Kocaeli
şəhərində kiçik katedlər üzrə Avropa cüdo kubok yarışlarında
Marneuli İdman Məktəbinin qız cüdoçusu Liza Davadze (fərdi
məşqçisi: Sandro İakobaşvili) mübarizə aparıb və 63 kq çəki
kateqoriyasında gümüş medal qazanıb", – Marneuli
İdman Məktəbinin məlumatında qeyd olunur.
Marneuli İdman Məktəbinin məlumatına görə, çempionatda Marneuli
İdman Məktəbinin direktor müavini Zaza Davadze də iştirak edib.