Marneulidə ilan sancması ilə bağlı 3 hal qeydə alınıb

Marneulidə ilan sancması ilə əlaqədar 3 hal qeydə alınıb.



Statistikada fevral ayından bu günə qədər olan məlumatlar öz əksini tapıb. Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze bildirib ki, üç halın heç birində ağırlaşma qeydə alınmayıb. Çünki vaxtında peyvənd vurulub.

İctimai Səhiyyə Mərkəzindən bildirirlər ki, Marneuli miqyasında quduzluğa qarşı kabinetlər fəaliyyət göstərir. Onlardan biri "Geo Hospitalsda", biri "Aversidə", digəri isə Marneulinin keçmiş xəstəxanasının binasında yerləşir.

 

Print Email
FaceBook Twitter Google