Marneuli bələdiyyəsində, Əzizkənd yaxınlığında ortayaşlı kişi
cəsədi tapılıb.
"Tv Pirvelinin" məlumatına görə, dünyasını dəyişən şəxsin ailə
üzvləri kişinin öldürüldüyünü ehtimal edirlər.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna bildiriblər ki,
məsələ ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq
aparılır. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.
Ortayaşlı kişini 3 gün ərzində axtarırmışlar. "Marneuli" radiosunun
məlumatına görə,
cəsəddə yanıqlar qeydə alınıb və əlləri
kəsilib.