Meriya Marneulinin Qaçağan kəndində yolların bərpa işləri üçün
tender elan edib.
Yerli özünüidarə kənddə 2 yola asflat qatının çəkilməsini
planlaşdırır. Yolun ümumi uzunluğu 939 metrdir.
“Layihədə nəzərdə tutulan hissədəki örtük çınqıllı
torpaqdır və oyuqlar qeydə alınır, profillər pozulub. Layihə ilə
hər iki yolda ikiqat asfalt-beton örtüyün çəkilməsi nəzərdə
tutulub” – Qaçağanın daxili yollarının bərpa
işlərinin smeta
sənədlərində qeyd olunub.
Marneuli yerli özünüidarəsi Qaçağan kəndində faxili yollara asfalt
qatının çəkilməsi üçün 435 240 lari dəyərində tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 28 sentyabrdan 3 oktyabr
tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib
gələn şirkət müqavilə bağlandıqdan 70 gün ərzində işləri yerinə
yetirməlidir.