Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin rəhbəri Nato
Şavişvili Gürcüstanda baş verənlərə münasibət bildirib.
O, zorakılığı qəbul etmədiyini deyib. Şavişvili hesab edir ki,
aksiyada bizim gələcəyimiz dayanıb, vicdanlı, savadlı, mübariz
gənclər. Nato Şavişvili Marneulidən olan, baş verənlərlə bağlı
fikirlərini açıq deyən nadir dövlət məmurlarındandır.
“Zorakılığa haqq qazandırmaq olmaz!!! Qiymətləndirmə zamanı
“amma” yazılmır!!! Zorakılıq səhnələrinə gülməzlər!!!! Onlar izahat
axtarmırlar!!! Orada sizin/bizim gələcəyimiz dayanır! Tam səmimi,
savadlı, mübariz gənclər! Vətənimizin gözəl gələcəyi üçün mübarizə
aparanlar! Göz yaşlarına qədər ağrıyanlar! Öz tarixinin heç olmasa
bir səhifəsini açanlar bilirlər ki, həmişə belə olub. Qələbələr
gənclərin çiynində dayanıb, sümüklərində qorxu olan insanların
deyil! Bu isterik istehzaya baxıram, əmilərdən, atalardan gələn
hədələri oxuyuram... Kimin sümüklərini qırırsınız?! Uşaqlarınızı
evdə saxlayırsınızsa, və ya bəlkə də bunu bacarmırsınızsa, heç
olmasa anlayın ki, sizin uşağınızla eyni yaşda olan nəsil orada
dayanır, uşağınızın dostları, sizin qohumlarınız və onların
uşaqları!!! Rusiyaya qarşı döyüşmüş şəxslər, kimi hədələdiyinizi
dərk edirsiniz?! Yaxud özü zorakılıq qurbanı olanlardan soruşmaq
istəyirəm, indi nəyə haqq qazandırırsınız??? Xalqın səsini
dinləyin!!! Qulaq asın!!!!!!!!", - Şavişvili yazır.
Artıq səkkizinci gündür ki, şəhər və rayonlarda ölkənin
Avrointeqrasiya yolundan çıxmasına etiraz edilir. Dekabrın 4-də
Marneulidə etiraz aksiyası keçirilib və bu Marneuli meriyası və
Bələdiyyə Məclisi əməkdaşlarının istehza dalğası ilə müşayiət
olunub. Özünüidarədə çalışan insanlar etirazçıları ələ salır,
binadan etirazçıların videolarını yayımlayır və istehzalı
qiymətləndirmələr edirdilər.