Marneuli meriyası Marneulili sahibkar Nona Samxaradzedən biznesini
bağlamağı tələb edib.
Nona Samxaradze meriyanın qərarını onun aksiyalarda iştirak etməsi
və fərqli fikir bildirməsi ilə əlaqələndirir.
“Növbə mənə də gəldi! Tənqidi fikirlərimə görə qəhvə
köşkünü bağlamağımı tələb edirlər. İki ildir, yerli özünüidarənin
əsirliyindəyəm, sənədlərimi qaydaya salmırlar və bütün bunları
“Gürcüstanda istehsal et” qrantı ilə həyata keçirmişəm.
Mənim həyatım nə qəhvə köşkünü açmaqla başlayıb, nə də bağlamaqla
başa çatacaq, Avropalı gələcəyimiz üçün mübarizə davam edir!
Mənə bu gün saat 6-ya qədər vaxt veriblər ki, köşkü götürüm, yoxsa
600 lari cərimə yazacaqlar!
P.S. Mənim köşkümün yanında “Gürcü Arzusu”-nun nümayəndəsinin də
köşkü, avtomobil yuma, yanacaq doldurma məntəqəsi də var,
maraqlıdır, onu da cərimələyirlərmi?!” – Nona
Samxaradze yazır.
Nona Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
onun açdığı köşkdə 4 nəfər işləyir, biznesini bağlamaq fikrində
deyil, meriyanın cəriməsini gözləyir və qərarı məhkəməyə şikayət
edəcək.
Nona Samxaradze Marneulidən olan sahibkar və mülki fəaldır. O,
illərdir, bələdiyyədə gender bərabərliyi və kənd təsərrüfatının
inkişafı istiqamətində fəaliyyət göstərir.
Marneuli meriyasının ictimaiyyətlə əlaqələr xidmətindən “Marneuli”
radiosuna bildirdilər ki, bu gün qeyd olunan faktla bağlı şərh
almaqda bizə kömək edə bilməyəcəklər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415