Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsi 82 712 709 lari müəyyən edilib
Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsi 82 712 709 lari müəyyən edilib.

Müvafiq dəyişiklik Bələdiyyə Məclisinin 30 yanvar tarixində keçirilən iclasında səsə qoyulub. Məsələni meriyanın Maliyyə-Büdcə Şöbəsinin müdiri Koba Çxitunidze müzakirəyə çıxarıb və o, bildirib ki, yerli büdcə, öz və vergi daxilolmaları nəzərə alınmaqla, bələdiyyənin büdcəsi cari məlumatlara əsasən, 82 milyon yeddi yüz doqquz lari və yeddi
tetridir.

“Bildiyiniz kimi, bizə hər il Regional İnkişaf Fondundan vəsait ayrılır. Bu il bu məbləğ 9 914 845 lari təşkil edib. Bunlar aşağıdakı kimi bölünüb: Yolların tikintisi və bərpası 7 808 537 lari, içməli su sistemlərinin tikintisi və bərpası 2 106 308 lari. Bildiyiniz kimi, hökumət Kəndlərə Dəstək Proqramı çərçivəsində vəsait ayıracaq və bu halda bu il Marneulinin 77 kəndinə 1 232 000 lari ayrılacaq. Həmçinin, bu il yerli büdcədən qarşılıqlı maliyyələşdirmə üçün kifayət qədər yaxşı vəsait, 1 500 000 lari ayırmışıq. Şagirdlər üçün nəqliyyatın təşkil edilməsi 135 615 lari, idman müəssisələrinə dəstək, subsidiya və sair 340 000 lari artıb” - Koba Çxitunidze bildirib.


Deputatlar əl qaldıraraq yuxarıda qeyd olunan dəyişiklikləri dəstəkləyiblər.

Marneulinin 2025-ci ilin büdcəsinə buradan baxa bilərsiniz.

Bələdiyyə Məclisinin İclasında bu gün gündəlikdə cəmi 3 məsələ müzakirə olundu. Onlar arasında büdcəyə ediləcək dəyişikliklər, fərdi köməkçi xidmətinə dair qərar və sosial məsələlər var idi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415













Print Email
FaceBook Twitter Google