Beşinci gündür ki, aclıq aksiyası keçirən Dmanisili mülki fəal
Laşa Çxvimiani Dmanisidə etiraz aksiyası anons edir. Çxvimiani
Dmanisi əhalisinə müraciət edərək onları birləşməyə çağırır.
"Mən burada müddəti keçmiş və zərərli bir hökumətə
ümid edərək dayanmıram. Əksinə, mən burada onlara qəzəblənərək
dayanıram və qəzəblə boğuluram ki, onlar fokusu itiriblər, onlar
üçün əsas dəyər artıq insanlar deyil, belə bir hökumətə insanların
təhlükəsizliyi və həyatı həvalə oluna bilməz” - Çxvimiani
bildirib.
Bu gün, fevralın 3-də yayımlanan videoda Çxvimani vətəndaşları
həmrəyliyə və ümumi məqsədə çatmaq üçün birləşməyə çağırıb.
“Əgər insanların
birləşdiyini görsəm, böyük
ümidlə aclığa son qoyacağam və birləşmiş dmanislilərlə birlikdə
daha da güclənərək bu ümumi mübarizəyə qoşulacağam. Bu mübarizə isə
növbəti hakimiyyəti mütləq ədalətli olmağa və xalqı dinləməyə
məcbur edəcək. Çərşənbə axşamı, Dmanisi meriyasının qarşısında,
maşınımda dayandığım mərkəzi parkın yaxınlığında, 400-500 nəfərə bu
meydanı doldursaq, elə həmin axşam aclıq aksiyamı dayandıracağam.
Dmanisi heç vaxt belə birlik nümunəsi göstərməyib və bu mənim üçün
kiçik, lakin çox vacib qələbə, əlamət, ümid olacaq ki, bu birləşmiş
insanlar hökuməti qanunsuz məhbusları azad etməyə, yeni, ədalətli
seçkilər keçirməyə məcbur edəcəklər”.
Çxvimiani bildirib ki, vətəndaşlar ümumi məqsəd və həmrəylik üçün
bir araya gəlməsələr, aclıq aksiyasını davam etdirəcək.
“Əks halda, yenə də xalqın birliyini gözləyərək aclıq aksiyamı
davam etdirəcəyəm. Mən ədalətsizliyə göz yumduğumuz və insanlar
olaraq bir-birimizlə həmrəyliyə ümidimizi itirdiyimiz bir ölkədə
daha yaşaya bilmərəm” - Laşa Çxvimiani bildirib.
Laşa Çxvimiani aclıq aksiyasına yanvarın 30-da başlayıb. O, iki
əsas tələbi: Ədalətli seçkilərin keçirilməsini və siyasi
məhbusların azad edilməsini dilə gətirərək
“Mən həqiqət
üçün öləcəyəm” yazıb.
Yanvarın 30-da Laşa Çxvimianinin anası da oğlu ilə həmrəylik
nümayiş etdirmək üçün aclıq aksiyasına başlayıb. Laşanın bu gün
yayımlanan videosunda izah etdiyi kimi, anası dünən, fevralın 2-də
“xalqın birləşəcəyi ümidi ilə” aclıq aksiyasını dayandırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415