Marneulidə Kəndə Dəstək Proqramı başlayır. Fevralın 10-da
bələdiyyə üzrə ümumi yığıncaqlar başlayacaq.
Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan 1
232 000 lari ayrılıb. Məbləğ əhalinin sayına uyğun olaraq kəndlərə
bölünüb. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum isə 20 000
laridir.
Maliyyələşdiriləcək layihələrin siyahısı da müəyyən edilib. Əvvəlki
illərdən fərqli olaraq, ictimai nəqliyyat da
siyahıya daxil
edilib.
Kəndlərinizdə bələdiyyədən tələb edə bilərsiniz:
• İçməli su sistemləri (o cümlədən quyular, magistral su xətləri,
əsas qurğular, təmizləyici qurğular və s.);
• Suvarma sistemləri;
• Drenaj kanalları;
• Sahil bəndinin möhkəmləndirilməsi işləri;
• Yollar və yol kənarındakı istirahət yerləri; Həmçinin, səkilər və
digər yol infrastrukturu;
• Körpülər, estakadalar, keçidlər;
• Küçə işıqlandırması;
• Məktəblərin ərazisinin abadlaşdırılması;
• Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
• Ambulatoriya binaları;
• Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
• İdman infrastrukturu, uşaq meydançaları və uşaq meydançası
avadanlıqları;
• Meydanlar, o cümlədən uşaq meydançaları, müvafiq avadanlıqla,
eləcə də istirahət yerləri və tualetlər, müvafiq avadanlıqla;
• Dəyirmanların bərpası və müvafiq inventar;
• Mini-su elektrik stansiyaları və müvafiq reabilitasiya/bərpa;
• Coğrafi obyektlərin adlarına və ünvanlarına uyğun olaraq müvafiq
nişanların, habelə turistik yerləri göstərən nişanların
yerləşdirilməsi.
• İctimai nəqliyyat
Prioritetlərin seçilməsi məqsədilə fevralın 10-dan 21-dək əhali ilə
görüşlər keçiriləcək. Rayonda yaradılmış üç işçi qrupu əhali ilə
görüşəcək.
Əgər kəndinizdəki görüşdə iştirak edə bilmirsinizsə, xüsusi
formadan istifadə edərək, öz təşəbbüsünüzü toplantı tarixinə qədər
CLOAKING
elektron poçtuna göndərə bilərsiniz.
Daha ətraflı keçiddən əldə edə bilərsiniz:
Marneulidə kəndə dəstək proqramı fevralın
10-dan başlayır
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415