Marneuli meriyası Quşçu kəndində su təchizatı quyusunun və su
şəbəkəsinin bərpası üçün 954 008 lari dəyərində tender elan edib.
Tender sənədlərinə əsasən, şəbəkənin tikintisi iki mərhələdə
aparılacaq. Layihənin əsas istiqamətləri bunlardır:
- Yeni, sanitar qovşağının tikintisi;
- Kəndin ən hündür yerində 24 kubmetr həcmində metal
qüllə anbarının ucaldılması;
- Su təchizatı paylayıcı şəbəkənin
qurulması;
- Sudan istifadə edənlər üçün su ölçmə qovşaqlarının
təşkili;
Quşçuda həyata keçiriləcək layihənin 95%-i dövlət büdcəsi, 5%-i isə
yerli özünüidarə büdcəsi hesabına maliyyələşdirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 13-18 fevral tarixləri
arasında öz təkliflərini göndərə bilərlər. Qalib şirkət işləri
müqavilənin imzalandığı tarixdən 300 gün ərzində meriyaya təhvil
verməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415