“Təmiz Marneuli” küçə işıqlandırması üçün materialların alınmasına görə 115 000 lari dəyərində müqavilə imzalayıb

Marneuli meriyasının təsis etdiyi “Təmiz Marneuli” 115 000 lariyə Marneuli ərazisində küçə işıqlandırma şəbəkəsinin istismarı üçün lazım olan materialları alıb.


Bələdiyyə şirkəti küçə işıqlandırma şəbəkəsinin istismarı üçün zəruri olan materialların satın alınmasına görə 199 990 lari dəyərində tender elan etmişdi və bu tenderdə yalnız bir şirkət, “Tornike” MMC iştirak etmişdi.

“Tornike” MMC “Təmiz Marneuli” şirkətinə
115 000 lari dəyərində elektron lampalar, elektrik enerjisi paylayıcıları və idarəetmə avadanlığı, izolyasiya edilmiş naqillər, kabellər, elektrik avadanlıqlarının tədarükünü təklif edib və tenderin qalibi olub.

Müqaviləyə əsasən, “Tornike” MMC 30 iyun 2025-ci ilədək “Təmiz Marneuli”-ni küçə işıqlandırma şəbəkəsi üçün lazım olan materiallarla təmin etməlidir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google