Pasxa bayramında Marneuli Bələdiyyəsində ictimai nəqliyyatın
hərəkəti dayandırılmayacaq.
Nəqliyyat şirkətindən "Marneuli" radiosuna verilən məlumata görə,
bələdiyyə nəqliyyatı hər iki gün sərnişinlərə xidmət
göstərəcək.
Bələdiyyədə iki şirkət daxili sərnişin daşımalarını həyata keçirir
- "Avtopark" MMC və "Ekspress Turist" MMC. Avtopark MMC-nin rəhbəri
Qiqa Calağoniyanın sözlərinə görə,
şirkətin nəqliyyatları Pasxa
bayramında fəaliyyətini dayandırmayacaq.
Bundan əlavə, “Express Turist” MMC-nin rəhbəri Yuri Samxaradze də
bildirir ki, şirkət Pasxa bayramında dəyişməz qrafiklə fəaliyyət
göstərəcək.