Marneuli Geo Hospitals Doğum və Ambulatoriya Tibb Mərkəzində
üçəmlər dünyaya gəlib.
Uşaqlar aprelin 25-də dünyaya gəliblər. Həmin klinikanın rəhbəri
Rusudan Uşveridzenin "Marneuli" radiosu ilə söhbəti zamanı
bildirdiyinə görə, üçəmlərin dünyaya gəlməsi onların tibb
müəssisəsi üçün ilk dəfədir.
"
Klinik vəziyyəti nəzərə alaraq qeysəriyyə əməliyyatına
qərar verildi. Üç oğlan uşağı dünyaya gəldi. Biri 2100 kq, biri
2230 kq, biri 2140 kq. Bunlar üçəmlər üçün kifayət qədər böyük
çəkilərdir. Nəzərə alsaq ki, bu çoxdöllü hamiləlikdir və eyni
zamanda vaxtından əvvəl doğuşdur, yeni doğulmuş körpələrin
müalicəsi davam etdirilir. 30 illik təcrübəmi nəzərə alsaq, bu, ilk
haldır. Məndən çox daha təcrübəli həkimlərlə birlikdə çalışıram və
onlar da deyirlər ki, bu ilkdir. Bu təbii
hamiləlikdir.
2025-ci ildən indiyədək Marneulinin “Geo Hospitals” Doğum və
Ambulatoriya Mərkəzində 190 uşaq dünyaya gəlib. 97-si qız, 93-ü isə
oğlandır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415