Qızılhacılıda içməli suyun fasilələrlə verilməsi bərpa işləri ilə bağlıdır
Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakinləri su ilə bağlı problemlərdən danışırlar. Bir neçə yerli sakin “Marneuli” radiosuna bildirib ki, su fasilələrlə, bəzi hallarda isə aşağı təzyiqlə verilir.

Problemin mövcudluğunu Marneuli Bələdiyyə Məclisinin Qızılhacılı kənd deputatı Ceyhun Çoydarov da təsdiqləyir.

“Marneuli” radiosu təfərrüatları öyrənmək üçün “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” Kvemo Kartli regional bölməsinin rəhbəri Kaxaber Çoqovadze ilə
əlaqə saxlayıb. Onun sözlərinə görə, Qızılhacılının məntəqələrindən birində su təchizatı infrastrukturunun təmiri hələ də davam edir və bu səbəbdən əhaliyə su fasilələrlə verilir.

Çoqovadzenin sözlərinə görə, problem yaxın vaxtlarda öz həllini tapacaq. O vaxta qədər kəndə su qrafiklə veriləcək.

"İşlərin aparıldığı Yuxarı Qızılhacılı istiqamətində problem var. Tikinti şirkəti işləyir və bu yaxın vaxtlarda aradan qaldırılacaq. Söhbət 20-yə yaxın sakindən gedir. Həftədə iki dəfə su veririk, onları su ilə təmin etmək üçün bütün Marneuli bölgəsi bağlanmalıdır və buna görə də bazar ertəsi, cümə günləri veririk", – Kakxaber Çoqovadze bildirir.

Marneuli və onun kəndlərinin su təchizatı və kanalizasiya layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur köhnəlib, ictimai nəqliyyata və şəxsi avtomobillərə ziyan dəyib. Əvvəlcə “Akelik Group” şirkəti layihəni 2021-ci ilin mart ayına kimi başa çatdırmalı idi, lakin öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən 55 940 022 dollar dəyərində layihə dayandırıldı.

Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə imzalayıb. İşlər "China Geo - Engineering Corporation" (CGC) və "POLAT Yol Yapı Sanayi və Ticarət Anonim Sirkei" tərəfindən həyata keçirilir.

Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artığa başa gələcək. Buraya yeni su təchizatı şəbəkəsinin, nasos stansiyasının, su anbarlarının, yeni kanalizasiya şəbəkəsinin və müasir standartlara cavab verən təmizləyici qurğunun tikintisi daxildir.

Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin edilməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google