Bir ay əvvəl Marneuli meriyası tərəfindən arxa bazara köçürülən
küçə ticarətçiləri yenidən bazarın qarşısındakı, yol kənarındakı
əraziyə qayıdıblar.
İyunun 9-da Marneuli meriyası küçə ticarətçilərini cərimələyərək
ərazidən uzaqlaşdırsa da, bu gün, iyulun 8-də onlar adi əraziyə
geri qayıdıblar.
Küçə ticarətçilərindən biri “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, demək olar, bütün küçə ticarətçiləri arxa bazar
ərazisindən geri
qayıdıblar, çünki orada müştəriləri yoxdur, çox
miqdarda pul ödəməli olurlar.
"Orada ümumiyyətlə bazar yoxdur, ona görə gəldik.
Cərimə olacaqsa olsun, nə edim? Oraya boş maşınla girsən, 5 lari
ödəməlisən. Bir kilo xiyar 1 lari, çek 5 lari – belə olarmı? Yağış
yağanda boğaza qədər palçıq olur, çəkməsiz girə
bilmirsən". - Küçə ticarətçisi deyir.
Gizliliyi qorumaq şərti ilə qeydə aldığımız küçə ticarətçisinin
dediyinə görə, indiki mərhələdə Marneuli meriyasının nümayəndələri
onlara baş çəkməyib. O bildirir ki, özü də iyunun 9-da cərimələnib
və indi 500 lari ödəməli olacaq.
Marneuli meriyası iyunun 9-da bazarın yaxınlığında 8 küçə
ticarətçisinin hər birini 500 lari məbləğində cərimələyib. Bu gün,
iyulun 8-də Marneuli meriyası tərəfindən hansı tədbirlər
görüləcəyini öyrənməyə çalışırıq. Cavab alan kimi şəhər meriyasının
şərhini sizə təqdim edəcəyik.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415