Marneuli yerli özünüidarəsi 8 kənddə küçə işıqlandırmasının
quraşdırılması məqsədilə “Geo Light” MMC ilə sadələşdirilmiş
qaydada 6 müqavilə bağlayıb.
Marneuli meriyası bu xidmətə görə şirkətə ümumilikdə 310 077 lari
76 tetri ödəyəcək.
Kəndlərə Dəstək Proqramı çərçivəsində həyata keçirilən bu layihə
kəndlərdə küçə işıqlandırmasının təmin olunmasını nəzərdə
tutur.
Aşağıda küçə işıqlandırmasının quraşdırılması planlaşdırılan
kəndlərin siyahısı və sərf olunacaq vəsaitin
miqdarı təqdim
olunur:
- Beytarabçı və Tserakvi kəndlərində küçə
işıqlandırmasının quraşdırılması – 45 407 lari 81
tetri;
- İmirçala və Aşağı Saral kəndlərində küçə
işıqlandırmasının quraşdırılması – 42 825 lari 03
tetri;
- Şaumyani kəndində küçə işıqlandırmasının quraşdırılması
– 44 533 lari 24 tetri;
- Algeti kəndində küçə işıqlandırmasının quraşdırılması –
59 009 lari 48 tetri;
- Ağməmmədli kəndində küçə işıqlandırmasının
quraşdırılması – 59 286 lari 60 tetri;
- Sadaxlı kəndində küçə işıqlandırmasının quraşdırılması
– 59 015 lari 60 tetri.
Marneuli meriyası, həmçinin, kəndlərdə küçə işıqlandırmasının
həyata keçirilməsi üçün “Muri” MMC ilə də 8 müqavilə imzalayıb. Bu
işlərə görə şirkətə 303 843 lari 06 tetri ödənilib.
“Kəndlərə Dəstək Proqramı” çərçivəsində Marneuli üzrə kənd
yığıncaqları 10 fevralda başlayıb və 21 fevrala qədər davam edib.
Marneuli kəndləri üçün mərkəzi büdcədən 1 232 000 lari, yerli
özünüidarəetmənin 2025-ci il büdcəsindən isə 1 500 000 lari
ayrılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415