Marneulinin üç kəndində 8 vətəndaşın torpaq sahəsi məcburi qaydada alınacaq
İqtisadiyyat Nazirliyi Marneulidə yaşayan 8 vətəndaşın ümumilikdə 10 154 kvadratmetr torpaq sahəsini məcburi qaydada alacaq. “Business Press News” agentliyinin məlumatına görə, Yuxarı Saral, Kirovka və Sadaxlı kəndlərində vətəndaşlara məxsus torpaq sahələri alınacaq.

İnformasiya agentliyi bu xəbəri “Gürcü Arzusu”nun nümayəndəsi, İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvilinin əmrinə əsasən yayıb.

Dövlətin zorla müsadirə edəcəyi torpaq sahələrindən avtomobil
yolu keçməlidir. Bu torpaq sahələri özgəninkiləşdirmə hüququ ilə Avtomobil Yolları Departamentinə veriləcək.

Yuxarı Saral kəndində üç, Kirovka kəndində iki, Sadaxlı kəndində isə üç vətəndaşın torpaq sahələri alınacaq.

Sakinlərdən alınacaq torpaq sahələrinin və onların sahiblərinin siyahısı aşağıdakı kimidir:
  • Marneuli Bələdiyyəsinin Yuxarı Saral kəndində Sahibə Abbasova, Tağı Abbasov və Taleh Abbasova məxsus 2 860 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi – 1 132 kvadratmetr;
  • Marneuli Bələdiyyəsinin Kirovka kəndində Natiq Məmmədova məxsus 1 409 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
  • Marneuli Bələdiyyəsinin Kirovka kəndində Ziyad İsmayılova məxsus 1 460 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
  • Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində Qızyetər Mahmudovaya məxsus 1 616 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi – 857 kvadratmetr;
  • Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində Rasim Ayvazova məxsus 7 000 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi – 1 716 kvadratmetr;
  • Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində Davit Dqebuadzeyə məxsus 3 580 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi.
“BPN”-in məlumatına görə, Yol Departamenti ilə vətəndaşlar arasında torpaq sahələrinin satın alınması ilə bağlı razılıq əldə olunmadığından, İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvilinin sərəncamı ilə bu sahələrin məcburi qaydada alınmasına qərar verilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google