Marneuli İdman Məktəbinin məlumatına görə, Marneulidən olan
taekvondoçular İmereti bölgəsində keçirilmiş Açıq Çempionatda
uğurla çıxış ediblər.
Məktəbin yaydığı rəsmi açıqlamada bildirilir ki, Marneuli
təmsilçiləri yarışdan 2 qızıl, 3 gümüş və 4 bürünc medalla
qayıdıblar.
“Tskaltuboda keçirilmiş İmereti Açıq Çempionatında
Marneuli İdman Məktəbinin taekvondoçuları müxtəlif çəki
dərəcələrində uğurla çıxış edərək ümumilikdə 9 medal
qazanıblar”, – məktəbin yaydığı məlumatda
deyilir.
Çempionatda
fərqlənən idmançılar və nəticələr belədir:
55 kq çəki dərəcəsi
– 2-ci yer: Eldəniz Novruzov
52 kq çəki dərəcəsi
– 3-cü yer: Lina Şavadze
– 3-cü yer: Ketevan Dzirkvadze
Şəxsi məşqçi: Zaza Umpriani
48 kq çəki dərəcəsi
– 1-ci yer: Qiorqi Xvedelidze
– 3-cü yer: Otar Bolqvadze
25 kq çəki dərəcəsi
– 3-cü yer: Davit Amrazaşvili
Şəxsi məşqçi: Qiqa Qavaşelişvili
30 kq çəki dərəcəsi
– 1-ci yer: Aydan Nəcəfova
44 kq çəki dərəcəsi
– 2-ci yer: Canser Osmanov
29 kq çəki dərəcəsi
– 2-ci yer: İbrahim İbrahimov
Şəxsi məşqçi: Samir Bediyev
Marneulili idmançıların bu uğurlu çıxışı bölgədə gənclərin idmana
marağının artdığını və taekvondo sahəsində hazırlığın yüksək
səviyyədə olduğunu göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415