Marneulidə azyaşlının bıçaqlanması ilə bağlı 1 nəfər saxlanılıb
Marneuli rayonunun Yuxarı Qullar kəndində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə aparılır. Həmin maddə ağırlaşdırı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutur.

Qeyd edək ki, Yuxarı Qullar kəndində bıçaqlanma hadisəsi iyulun 10-dan 11-nə keçən gecə baş verib.

İlkin
məlumatlara görə, 20 yaşlı gənc, aralarında baş verən mübahisə zəminində 16 yaşlı yeniyetməyə çoxsaylı – 50-dən artıq bıçaq zərbəsi endirib.

Kənd sakinlərinin bildirdiyinə görə, yeniyetmə səhər saatlarında kənd ərazisindəki əkin sahəsində tapılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google