Qardabaninin 34 bağçasına qida məhsullarının alınması üçün tenderlər elan olunub
Qardabani bələdiyyəsinin Uşaq Bağçaları Birliyi yeni tədris ili üçün qida məhsullarının alınması ilə bağlı dörd tender elan edib. Müqavilələrin ümumi dəyəri 825 186 lari təşkil edir. Qardabani bələdiyyəsinin Məktəbəqədər Təhsil müəssisəsi mal əti və toyuq filesi almaq üçün 221 100 lari nəzərdə tutub.

Ət məhsulları
Mal əti – 6100 kq. Mal əti, sümüksüz (yeni
kəsilmiş)- yüksək keyfiyyətli. Mal sertifikatlaşdırılmış sallaqxanada kəsilməli və müvafiq olaraq, məhsul verən uyğun sertifikat ya sənəd təqdim etməlidir.
Toyuq filesi – 4700 kq. Yüksək keyfiyətli məhsul. Hormonal əlavələrdən kənar hazırlanmalıdır.Saxlama şərtləri: Ən çox 18C, təqdim olunmuş malın istifadə müddəti ümumi müddətin ən az 50% olmalıdır. Hər partiyada istifadə müddətini müəyyən edən sənəd və ya müvafiq etiketi olmaldır. Daşınma soyuducu maşınlarla, müvafiq temperaturu qoruyaraq həyata keçirilməlidir.

Quru ərzaqlar
131 441 lariyə çörək, şəkər, vermişel, makaron, çay, droj, duz, vanil, soda, peçenye və bulkanın alınması nəzərdə tutulur.

Süd məhsulları
Süd məhsullarının alınmasına 303 175 lari ayrılıb – həmçinin, qatılaşdırılmış süd, yağ, pendir, pasterizə edilmiş süd, şor, qatıq və yoqurt.

Tərəvəz və meyvə
69 470 lariyə tərəvəz və meyvənin alınması nəzərdə tutulur.
  • Kartof
  • Kök
  • Çuğundur
  • Kələm
  • Alma (banan, antonovka).
  • Noxud
  • Lobya
  • Gül kələmi
  • Sarımsaq
  • Bolqar bibəri
  • Banan
  • Soğan
  • Brokoli
  • Balqabaq
  • Göyərti
  • Mərcimək
  • Xiyar
  • Pomidor
Tenderdə verilmiş sənədlərə əsasən qeyd olunan məhsullar Qardabaninin 34 uşaq bağçası üçün nəzərdə tutulub.

Tenderdə iştirak etmək istəyən şirkətlər 12-15 iyul tarixində öz təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilə bağlandıqdan sonra 2025-ci ilin 31 dekabr tarixinə qədər, mərhələli şəkildə, alıcının tələbinə uyğun olaraq qida məhsullarını təhvil verəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google