Marneulili deputat, ona ünvanlanan tənqidə görə vətəndaşa hücum edib
Qızılhacılı kəndində baş verən əlbəyaxa dava ilə bağlı diqqət mərkəzində yenidən "Gürcü Arzusu"nun deputatı Ceyhun Çovdarov dayanır.

Bu gün, 14 iyul tarixində "Gürcü Arzusu"nundan seçilmiş bələdiyyə deputatı Ceyhun Çovdarov Qızılhacıl kəndində yerli sakinlərlə görüş keçirmək üçün gəlib. Görüşün əvvəlində kənd sakinlərindən biri ona tənqidi fikir bildirib. Çovdarov cavab olaraq həmin şəxsi oliqarx adlandırıb, daha sonra isə
ona söyüşlə cavab verib. Ardınca deputat həmin şəxsin üzərinə hücüm edib, masanın üzərindəki əşyanı atıb və bundan sonra fiziki qarşıdurma başlayıb.

İnsident zamanı tərəflər arasında aşağıdakı ifadələr işlədildi:


Bu sözlərdən sonra videoda söyüş eşidilir və fiziki qarşıdurma başlayıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra "Gürcü Arzusunun tərəfdarları, o cümlədən yerli bələdiyyə əməkdaşları və partiya fəalları Çovdarovun şəkillərini və bəyanatlarını paylaşaraq ona açıq şəkildə dəstək ifadə ediblər.


Qeyd edək ki, Ceyhun Çovdarov əvvəllər də bir neçə insidentdə iştirak etmişdi. Sonuncu dəfə 2024-cü il 26 oktyabrda keçirilmiş Parlament seçkiləri zamanı Qızılhacılı kəndindəki seçki məntəqəsində birində o, Milli Hərəkatın üzvü Azad Kərimova qarşı fiziki güc tətbiq etmişdi. Bu faktla bağlı istintaq bu günə qədər başlanmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google