Meriya zorakılığa məruz qalan qadınlara kömək etmək üçün proqram yaradıb, lakin hələ ki, heç bir qadına kömək göstərilməyib

Marneuli meriyasının zorakılığa məruz qalan qadınlara kömək etmək üçün yeganə proqramı var, ancaq bundan heç kəs faydalanmayıb.


Marneuli Bələdiyyəsinin Sosial Səhiyyə Proqramı var və həmin proqramın yeddinci maddəsi zorakılıq qurbanı olan qadınlara yardımı nəzərdə tutur. Proqram 2024-cü ildə yaradılıb.

Meriyanın Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin mütəxəssisi Nino Xaraişvili iyulun 7-də “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, onlar proqramı zorakılığa məruz qalanlar bələdiyyəyə müraciət etdikdə iki benefisiar əsasında hazırlamaq qərarına gəliblər. Xaraişvilinin sözlərinə görə, o vaxt proqram mövcud olmayıb və işə salındıqdan sonra onlara heç bir müraciət edilməyib.

"Əvvəllər də bu mövzu ilə bağlı müraciət olub və ona uyğun olaraq bu maddə proqrama daxil edilib. İndiki mərhələdə bu maddədən faydalanan yoxdur. Müraciət olarsa, proqram mütləq işləyəcək. Sənədləri təqdim etməlidirlər. Proqramı hazırlayanda təqdimatımız olub, inzibati ərazi vahidləri də məlumatlandırılıb, müxtəlif qurumlara da məktub göndərmişik. Zərərçəkmişlərə kömək lazım olarsa, adi qaydada köməklik göstərəcəyik" – Nino Xaraişvili
bildirib.

Proqrama əsasən, Marneuli Bələdiyyəsinin ərazisində qeydiyyatda olan, zorakılıq qurbanı, azyaşlı uşağı/uşaqları olan qadınlara yardım göstərilə bilər. Maliyyə dəstəyi 3 ay ərzində 300 lari təşkil edir.

Təqdim ediləcək sənədlər:
• Azyaşlının qanuni nümayəndəsinin Marneuli Bələdiyyəsinin merinə yazılı müraciəti.
• Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti;
• Yetkinlik yaşına çatmayan şəxslərin doğum haqqında şəhadətnaməsinin surəti;
• Yetkinlik yaşına çatmayan şəxsin qeydiyyat yeri haqqında arayış;
• Marneuli meriyasının uşaq və ailə üzrə sosial işçisi tərəfindən ailənin qiymətləndirilməsi hesabatı / və ya zorakılıq faktı ilə bağlı Dövlət Qayğı və İnsan Alveri Qurbanları, Zərərçəkmişlərə Yardım Agentliyinin tövsiyə məktubu.

Marneulidə zorakılıq qurbanlarına göstərilən xidmətlər kifayət qədər məhduddur. Meriyadan əlavə, belə məkanlardan biri də 2024-cü ildə Marneulidən cəmi 16 qadının müraciət etdiyi Böhran Mərkəzidir.

Bu rəqəm birmənalı şəkildə digər qurumların, məsələn, polisin zorakılıq hallarının daha çox olduğu statistikada görünən reallığa uyğun gəlmir. Bu həm məlumatsızlığı, həm də xidmətlərə əlçatanlığında real çətinlikləri göstərə bilər.

Bununla bağlı digər material: Meriya zorakılığa məruz qalan qadınlara kömək etmək üçün proqram yaradıb, lakin hələ ki, heç bir qadına kömək göstərilməyib



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google