Beytarabçı kəndində içməli su quyusunun tikintisi üçün 147 949 lari dəyərində tender elan edilib

Marneuli bələdiyyəsinin Beytarabçı kəndində içməli su quyusunun tikintisi üçün 147 949 lari dəyərində tender elan edilib.



Tender sənədlərinə əsasən, layihədə kənddə içməli su təchizatı üçün quyunun tikintisi nəzərdə tutulub. Quyu 150 metr dərinlikdə olacaq, orada nasos aqreqatı quraşdırılacaq və onun vasitəsilə mövcud hovuza su əlavə olunacaq.

“Kəndin və əhalinin yaşayış massivlərinin abadlaşdırılması baxımından birinci kateqoriyanı
götürməliyik, ona görə də əhalinin mövcud su axını olmadığı üçün yeni quyu əlavə etmək lazımdır. Burada quyunun yerini tapmaq üçün yeraltı su axını axtarışı aparatından istifadə olunub. Quyu 150 metr dərinlikdə tikilir, ona nasos qurğusu quraşdırılacaq. Quyudan hovuza 35 metr uzunluğunda 75 mm-lik polietilen boru çəkilir ki, o, sıradan çıxmış quyudan polietilen boru vasitəsilə təchizat borusuna birləşdiriləcək”
– sənəddə qeyd olunur.

Beytarabçıda quyunun tikintisi ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər avqustun 2-dən 8-dək təkliflərini göndərə biləcəklər.

Qalib şirkət müqavilə imzalandıqdan sonra 30 gün ərzində işləri meriyaya təqdim etməlidir. Məbləğin 100%-i yerli özünüidarənin 2025-ci il büdcəsindən maliyyələşdirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google