Marneuli meriyası üç kənddə meydançaların salınması üçün 118 063 lari məbləğində müqavilə imzalayıb
Marneuli bələdiyyəsi “Kəndlərə Dəstək Proqramı” çərçivəsində üç kənddə meydançaların salınması və abadlaşdırılması məqsədilə fərdi sahibkar Həsrət Musayevlə müqavilə imzalayıb.

Layihələrin icrası Kəndlərə Dəstək Proqramı çərçivəsində planlaşdırılır. Marneuli meriyasının məlumatına görə, İlməzli kəndindəki mövcud meydançanın abadlaşdırılması, Seyidqocalı və Qasımlı kəndlərində isə yeni meydançaların salınması üçün Həsrət Musayevə ümumilikdə 118 063 lari 66 tetri ödəniləcək.

Məlumata əsasən:
  • Qasımlı kəndində meydançanın salınmasına 58 893 lari 90 tetri,
  • Seyidqocalı kəndində 30 870 lari 96 tetri,
  • İlməzli kəndindəki
    meydançanın abadlaşdırılmasına isə 28 298 lari 77 tetri ayrılıb.
Bələdiyyənin qərarı əsasında Kəndlərə Dəstək Proqramı çərçivəsində tez-tez sadələşdirilmiş müqavilələrdən istifadə edir.

Qeyd edək ki, “Kəndlərə Dəstək Proqramı” çərçivəsində Marneuli rayonunun bütün kəndlərində yığıncaqlar fevralın 10-da başlayıb və fevralın 21-dək davam edib. Proqram üçün Marneuli kəndlərinə mərkəzi büdcədən 1 232 000 lari, yerli büdcədən isə 1 500 000 lari ayrılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google