Bolnisidə Azərbaycandilli İlk və Ən Böyük Kitab Evi – Parlaq Gələcək Gənclər Mərkəzində
Bolnisi rayonunda fəaliyyət göstərən “Parlaq Gələcək Gənclər Mərkəzi”nin nəzdində yaradılmış ilk və ən böyük azərbaycandilli kitab evi artıq bir ildir ki, bölgə gənclərinin istifadəsindədir.

Mərkəzdən "Marneuli" radiosuna verilən məlumata görə, kitab evi indiyə qədər yüzlərlə gəncə müxtəlif mövzularda ədəbiyyatla tanış olmaq imkanı yaradıb. Hazırda kitabxanada 5 000-ə yaxın kitab mövcuddur və onlar oxucular üçün əlçatandır.

Layihənin əsas məqsədi gənclərdə oxuma vərdişini gücləndirmək, kitaba maraq yaratmaq və maarifləndirməyə töhfə verməkdir. Mərkəz bölgədəki məktəblərlə və digər qurumlarla əməkdaşlığa açıqdır. Təşkilatlar müraciət etdikdə, kitablar onlara hədiyyə olunur.

Parlaq Gələcək Gənclər Mərkəzinin komandası inanır ki, birlikdə oxuyan və öyrənən cəmiyyət güclü gələcəyin
əsasını qoyur. Bu istiqamətdə fəaliyyətlər davam etdiriləcək və daha çox gənc kitabla tanış ediləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google