Marneuli Uşaq Bağçaları Birliyi 7 tona qədər ət almağı planlaşdırır
Marneuli Uşaq Bağçaları Birliyi 146 805 lari dəyərində mal və toyuq ətinin satın alınması üçün tender elan edib.

Tenderə daxildir:
  • 4,681 kq mal əti (yumşaq, dondurulmamış, əzələ hissəsi)
  • 2061 kq toyuq filesi (dondurulmuş, A kateqoriyalı)
Tender sənədlərinə əsasən, hər iki məhsul müəyyən edilmiş bütün gigiyena və temperatur normalarına riayət olunmaqla, uyğun soyuducularda daşınmalıdır.

Təchizatçılardan tələb
olunur:
  • Baytarlıq sertifikatını təqdim etmək;
  • Ət təzə kəsilmiş, sallaqxanada hazırlanmış olmalıdır;
  • Qablaşdırma və etiketləmə qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir;
  • Qablaşdırmada məhsulun çəkisi və çatdırılmanın həyata keçiriləcəyi uşaq bağçası filialının adı göstərilməlidir.
Mal əti açıq-qırmızıdan tünd çəhrayıya qədər rəngdə, minimum yağ tərkibli, xoşagəlməz qoxusuz və sümükzüz olmalıdır.

Toyuq filesi möhkəm dondurulmuş, geni dəyişdirilməmiş və qadağan edilmiş əlavələrsiz olmalıdır. Həm də ərimiş olmamalıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər iyulun 29-dan avqustun 1-dək təkliflərini təqdim edə biləcəklər. Qalib şirkət 2025-ci ilin sentyabrından 31 dekabr 2025-ci il tarixinədək Marneuli və ətraf kəndlərdə fəaliyyət göstərən 14 uşaq bağçasına mərhələli şəkildə çatdırılma həyata keçirməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google