Marneuli meriyası İmir kəndindəki “Kəsik Təpə” yaxınlığında divar
tikməyi planlaşdırır.
Meriyanın elan etdiyi tenderə əsasən, Şulaveri çayı arxeoloji
kompleksin yaxınlığından axır, çay divarı yuyub aparıb və bu da
“Kəsik Təpə” üçün təhlükə yaradır.
“Mövcud divar Marneuli Bələdiyyəsini İmir kəndində
"Kəsik Təpə" arxeoloji kompleksinin yaxınlığında yerləşir. Həmin
ərazinin yanından Şulaveri çayı axır ki, bu da mövcud divarı yuyub
aparıb, nəticədə həm arxeoloji qazıntı sahəsi, həm də örtülü metal
konstruksiya binası təhlükə altına düşüb.
Bütün bunlardan irəli gələrək, mövcud divarın sökülməsi və uzunluğu
144 m olan yeni dəmir-beton divarının quraşdırılması zərurəti
yaranıb”, - smeta sənədlərində qeyd olunur.
Marneuli meriyası 657 502 lariyə İmirdəki “Kəsik Təpə” arxeoloji
abidəsinə divar çəkməyi nəzərdə tutur.
Tenderdə iştirak etmək istəyən şirkətlər avqustun 7-dən 12-dək
tender təkliflərini təqdim edə biləcəklər. Qalib şirkət müqavilə
imzalandıqdan sonra 120 gün ərzində işləri başa çatdırmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415