Marneuli Bazarında Limon 10, Sarımsaq 12 Lariyə Satılır
Kvemo Kartli bölgəsinin ən iri ticarət məkanlarından olan Marneuli bazarında məhsullar çeşidli və qiymətlər müxtəlifdir.

Buraya həm yerli sakinlər, həm də qonşu bələdiyyədən çoxsaylı alıcılar gəlir.

Bu gün, 23 iyul tarixində Marneuli bazarında satılan meyvə və tərəvəzlərin qiymətlərini öyrənməyə çalışdıq.

Satıcılar “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, bazarda meyvələr arasında ən bahalı limon,
tərəvəzlərdən isə sarımsaqdır.

Onlar xaricdən gələn məhsulların bahalı, yerli məhsulların isə çox ucuz olduğunu söylədilər.

“Limon yaman bahalıdır, ay bala. 10 laridir. Bu il Batumidə yerli limon yoxdur ona görə qiymət qalxdı. Sarımsağın da qiyməti heç enmir. Topdan 8.50 və ya 9 lariyə alırıq”, - satıcı dedi.

Həmçinin, bazarda meyvələr arasında üzümə də rast gəlmək olar. Onun 1 kiloqramı 15 laridir.

Marneuli bazarında 23 iyul tarixinə olan qiymətləri sizə təqdim edirik:
Meyvə
  • 1 kq üzüm – 15 lari
  • 1 kq alça – 4 lari
  • 1 kq armud – 5 lari
  • 1 kq banan – 4,50-5 lari
  • 1 kq limon – 10 lari
  • 1 kq qarpız – 70 tetri
  • 1 kq yemiş – 1,30 lari
  • 1 kq ərik – 6 lari
  • 1 kq şaftalı 2-2,50 lari
Tərəvəz
  • 1 kq xiyar – 0,5-1,20 tetri
  • 1 kq pomidor – 1-1,50 lari
  • 1 kq lobya – 1,50 tetri
  • 1 kq sarımsaq – 9-12 lari
  • 1 kq badımcan – 1 lari
  • 1 kq acı bibər – 2,5-4 lari
  • 1 kq kartof – 1-1,20 lari
  • 1 kq soğan – 1,50 lari
  • 1 kq kələm – 1 lari
  • 1 kq çuğundur – 3 lari
  • 1 kq bolqar bibər – 1,20-1,50 lari
  • Yerkökü – 2 lari
Göyərtilərin (bir dəstəsi) qiymətləri:
  • 1 böyük dəstə yaşıl soğan – 5 lari
  • 1 dəstə reyhan–1 lari
  • 1 böyük dəstə keşniş – 5 lari


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google