Dmanisi meri Koba Muradaşvili sosial şəbəkə üzərindən Dmanisi və
Tbilisi arasında hərəkət edən yaşıl avtobuslarla bağlı məlumat
paylaşıb.
Onun sözlərinə görə, bu xidmət artıq 15 aydır ki, fəaliyyət
göstərir və vətəndaşları rahat nəqliyyatla təmin etməyə xidmət
edir.
Avtobusdan istifadə üçün TBC-nin sərnişin kartına sahib olmaq
vacibdir. Kart olmadan avtobus xidmətindən yararlanmaq mümkün
deyil. Tələbələr üçün isə səyahət
yalnız TBC-nin tələbə kartı ilə
ödənişsizdir. Muradaşvilinin sözlərinə görə, avtobuslar müasir və
komfortlu şəkildə təchiz olunub və sərnişinlərin ehtiyaclarına
uyğunlaşdırılıb.
Hərəkət qrafiki:
Dmanisi → Tbilisi – 07:30 (Ortaçala avtovağzalı)
Tbilisi → Dmanisi – 17:30 (Ortaçala avtovağzalı)
Qomareti → Tbilisi – 08:30
Tbilisi → Qomareti – 16:00
Səyahətin qiyməti 5 lari təşkil edir.
Dmanisi bələdiyyəsində bələdiyyə nəqliyyatı
Dmanisi bələdiyyəsində yerli sakinlər üçün ödənişsiz daxili
bələdiyyə nəqliyyat şəbəkəsi fəaliyyət göstərir. 2025-ci ilin 14
yanvar tarixindən etibarən bu xidmət yeni marşrutlarla daha da
genişlənib.
Yeni istiqamətlər (hər çərşənbə günü):
10:00 – Lökcandar kəndi → Dmanisi şəhəri
16:00 – Dmanisi şəhəri → Lökcandar kəndi
10:00 – Qamışlı kəndi → Dmanisi şəhəri
16:00 – Dmanisi şəhəri → Qamışlı kəndi
10:00 – Gəyliyən kəndi → Boslebi kəndi → Dmanisi şəhəri
15:00 – Dmanisi şəhəri → Boslebi kəndi → Gəyliyən
kəndi
Hər bazar ertəsi və cümə axşamı günləri:
Ödənişsiz bələdiyyə nəqliyyatı əlavə olaraq müəyyən istiqamətlərdə
əhaliyə xidmət göstərəcək.
Vətəndaş cəmiyyəti təşəbbüsə dəstək verir
Bu təşəbbüsə Dmanisidə yaşayan rejissor və “Görüş Məkanı”
təşkilatının təsisçisi Laşa Çxvimiani də münasibət bildirib. Onun
sözlərinə görə, “Birləşmiş vətəndaş cəmiyyətinin gücü budur”.
Çxvimianinin sözlərinə əsasən, 2023-cü ildə 312 Dmanisi sakininin
imzaladığı petisiya nəticəsində bələdiyyə nəqliyyatı proqramı işə
düşdü və ona daha 5 kənd əlavə olundu. Hal-hazırda proqram
Dmanisinin 29 kəndini əhatə edir ki, bu da yerli əhalinin hərəkət
imkanlarını əlçatan edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415