Marneulidə mövcud olan gəlinlik mağazalarında geniş seçim imkanı
var.
Geyim mağazası əsasən, şəhərin mərkəzi küçəsində, Ş.Rustavelidə
yerləşir. Toy mərasimlərinə gəlinlik kirayələmək üçün buraya
bələdiyyənin bütün kəndlərindən eləcə də, qonşu bələdiyyələrdən
gəlirlər. Hətta Tbilisidən də müştərilər buraya baş çəkirlər.

Toy donların qiyməti 300 laridən başlayır və 1500 lariyə qədər
dəyişir. Qiymətlər əsasən donun materialına və istifadə
olunan
bəzək nümunələrinə görə müəyyən olunur. Salon nümayəndəsi Aybəniz
İrişova bizimlə söhbəti zamanı bildirdi ki, gəlinlikləri bəzi
hallarda alıb xaricə aparırlar.
“Biz donları kirayə veririk. Sifariş verib, alıb
aparanda olur. Kimsə istəyir məsələn, donun qiyməti 300-500
dollardır. Deyir mənə gətir, alır aparır. Rusiyaya və ya Fransaya
alıb aparırlar. Almaq çox nadir halda olur. Kirayə götürmək bizim
üçün sərfəlidir. Kirayə 3-5 dəfə versən öz pulunu çıxarırsan.
Azdan-çoxdan da özünə qalır”.
Onun sözlərinə görə, məhərrəmlik ayı olduğundan toylar olmur və bu
səbəbdən müştərilərin də sayı azdır.
“Bu donları Türkiyədən gətiririk. Hal-hazırda
məhərrəmlik ayıdır toy yoxdur, amma yazılanlar var. Don götürəndə
saç-makiyaj da edir, maşın da bəzəyirik. Əgər müştəri həm don
kirayələyir, həm də saç-makiyajı bizim salonda edirsə hamısı
birlikdə 700-800 lariyə başa gəlir. Qiymətlər donlarda əsasən
parşasına və daş-qaşların olmasına görə fərqlənir”, -
Aybəniz İrişova dedi.
Mağazalarda cərgəyə düzülmüş gəlin donları arasında hicablı
qadınlar üçün də gəlin donlarına rast gəlmək olar. Mağaza
sahiblərinin sözlərinə görə, onların qiyməti daha bahadır, çünki
onun üçün daha çox parça və resurs sərf olunur. Uyğun olaraq, bu da
qiymətin artımı ilə özünü büruzə verir.

Marneulidə fəaliyyət göstərən digər gözəllik salonu və gəlinlik
mağazası olan “Azadə Salon”un sahibi donu kirayə götürəndə saç və
makiyajın qiymətində endirim olduğunu vurğuladı.
“Biz sadəcə kirayə veririk, satış yoxdur. Donları Türkiyədən
gətiririk. Bizdən gəlinlik götürəndə saç-makiyajı da endirimlə
edirik. Saç-makiyaj ikisi birlikdə 150 laridirsə, 100 lariyə
edirik. Gəlinlik, saç-makiyaj və maşının bəzədilməsi hamısı bir
yerdə 1500-2500 lariyə başa gəlir. Qiymət seçilən donun parçasına
və keyfiyyətinə görə dəyişir. Hələlik müştəri yoxdur. Bu ay
məhərrəmlik ayı idi, Ramazan ayında və may aylarında toy olmur.
Müvafiq olaraq müştəri də olmur”, - Azadə Bayramova
bildirdi.

Marneulidə, salonlarda göstərilən xidmətlərin və kirayə
gəlinliklərin qiyməti belədir:
- Kirayə gəlinlik – 300-1500 lari
- Saç-makiyaj – 100-150 lari
- Maşınların bəzədilməsi
xidməti

Marneulinin toy donları və gözəllik salonları sahibləri bildirirlər
ki, Marneuli Tbilisi ilə müqayisədə sərfəli qiymətlərinin olması
ilə seçilir. Əsas müştərilərin isə yerli sakinlərin olduğunu
söyləyirlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415