Gürcüstanın Maliyyə Nazirliyinin
İstintaq Xidməti, Kvemo Kartli dairə prokurorluğu ilə
koordinasiyalı şəkildə, iki nəfəri saxlayıb.
Onlar rüşvət almaqda və saxta rəsmi sənədlərin hazırlanıb
yayılmasında ittiham olunurlar.
İstintaq nəticəsində aydın olub ki, saxlanılanlardan biri
Marneuli texniki baxış mərkəzində müfəttişi işləyirmiş. O, şəriki
ilə birlikdə texniki cəhətdən nasaz nəqliyyat vasitəsinə texniki
baxışdan keçdiyinə dair müsbət rəy verib. Bunun
qarşılığında isə
rəsmi dövlət rüsumundan əlavə vətəndaşdan 100 lari alıb.

Məlum olub ki, texniki baxış
mərkəzində texniki cəhətdən nasaz nəqliyyat vasitələrinə sistemli
şəkildə saxta müsbət texniki baxış sənədləri verilib. Bu məsələ ilə
bağlı istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü
hissəsi və 362-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Həmin maddələr 4 ildən 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə
tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415