Marneuli Bələdiyyə Məclisi sədrinin iki müşaviri bundan sonra rəsmi
şəkildə maaş almayacaq.
“Dövlət xidməti haqqında” qanuna edilən dəyişikliyə əsasən,
avqustun 1-dən müşavir vəzifəsi könüllü olacaq və onlar artıq maaş
almayacaqlar.
Marneuli Bələdiyyə Məclisinin iyulun 25-də keçirilən iclasında
qanunda dəyişikliklər müzakirə edilib. Bələdiyyə Məclisi Aparatının
rəhbəri Nino Beridze bildirib ki, Bələdiyyə Məclisində işləyən
məmurlar əlavə maaş almadan müşavir
funksiyalarını yerinə yetirə
biləcəklər.
“Dövlət xidməti haqqında” qanunda edilən dəyişikliyin
maddələrindən biri, 83-cü maddənin üçüncü bəndi müşavirlərə aiddir.
Yəni, bütün bələdiyyələrdə, ümumiyyətlə, dövlət qulluğunda müşavir
statusu ləğv edilir və yalnız ödənişsiz, yəni müşavir digər işçilər
arasından seçilir və ona görə də biz müşaviri müqavilə əsasında işə
qəbul etmişdik, indi isə ləğv edirik”, – Nino Beridze
bildirib.
Marneuli Bələdiyyə Məclisinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən
“Marneuli” radiosuna verilən məlumata görə, Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadzenin iki müşaviri var. Bir müşavirin rəsmi
maaşı 3650 laridir.
Qanunda edilən dəyişikliyə əsasən, Marneuli Bələdiyyə Məclisi
avqust ayından başlayaraq hər ay maaşlarda 7300 lari qənaət
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415