Marneuli yerli özünüidarəetməsi sadələşdirilmiş prosedurla 4
kondisioner alıb.
Kondisionerlər meriyanın nümayəndəsi, Bələdiyyə Məclisi Aparatı,
Məclis sədrinin müavininin otağı və konfrans zalı üçün nəzərdə
tutulub.
“Marneuli Bələdiyyəsinin İnzibati Xidmətinin inzibati
vahidliyində merin nümayəndələri və onların köməkçiləri Şalva
Abramişvilinin, eləcə də Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki
və Kompüter Şöbəsinin müdiri Kote Boçoidzenin məktublarına əsasən,
3 (üç) kondisioner alınmalıdır. Bundan əlavə, konfrans zalı üçün 1
(bir) ədəd kondisioner tələb olunur. Xahiş edirik, alqı-satqı ilə
bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi üçün müvafiq xidmətə göstəriş verəsiniz”,
– sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunub.
Marneuli meriyası kondisionerləri fərdi sahibkar Kənan Əliyevdən
alıb. Yerli hökumət 30 kv.m sahə üçün bir, 40 kv.m üçün iki, 60
kv.m sahə üçün bir kondisioner alıb və bunun üçün ümumilikdə 5 080
lari məbləğində vəsait ödəyib.
Müqaviləyə əsasən, Kənan Əliyev kondisionerləri 2025-ci il avqustun
4-dək meriyaya çatdırmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415