Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi abituriyentlər üçün
gürcü dili və ədəbiyyatı, os dili, xarici dil imtahanlarının ilkin
nəticələrini dərc edib.
Nəticələri öyrənmək üçün abituriyent online.naec.ge saytına daxil
olmalı və müvafiq sahəyə şəxsi nömrəsini, beş rəqəmli parolunu
daxil etməlidir. İmtahan verən şəxsi səhifəsində işinin surətinə və
konkret fənn üzrə aldığı ilkin bala baxa bilər.
Milli Qiymətləndirmə
və İmtahanlar Mərkəzi işlərdə düzəlişlər
edilən kimi digər imtahan fənləri üzrə abituriyentlərin ilkin
nəticələrini mərhələli şəkildə dərc edəcək.
Gürcü dili və ədəbiyyatı, eləcə də os dili imtahanı üzrə maksimum
bal 60, minimum keçid balı isə 15 baldan yuxarıdır. Xarici dil
imtahanı üçün maksimum bal 70, minimum keçid balı 14 baldan
yuxarıdır.
Ətraflı məlumat üçün verilən
linkə daxil olun.
Bu gün
Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə
prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə
çevrilib?
Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə
cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki,
bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas
şərtidir.
Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə
qarşı çıxan mətbuata.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415