Amiran Qiorqadze “Gürcü Arzusu”nun proporsional siyahısında güman ki, bir nömrə olacaq

“Gürcü Arzusu” yerli özünüidarə seçkilərinə hazırlaşır.


Marneulidə də seçkiqabağı hazırlıq prosesi gedir. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, seçkilərdə yenidən iştirak etməyi düşünür, Bələdiyyə Məclisinin proporsional siyahısında olacaq. Onun sözlərinə görə, güman ki, “Gürcü Arzusu”nun proporsional siyahısında bir nömrə olacaq.

“Siyahıda olacağam və yeni Bələdiyyə Məclisi yığıldıqdan sonra
səsvermə (Bələdiyyə sədrini seçmək üçün) olacaq. Proporsional siyahıda olacağam”
– Amiran Qiorqadze bildirib.

Marneuli Bələdiyyə Məclisi sədrindən soruşduq ki, Marneulidə “Gürcü Arzusu"nun merliyə namizədinin kimliyi müəyyən edilib ya yox. Qiorqadzenin sözlərinə görə, partiya namizədləri avqustun 4-nə kimi müəyyən edəcək və bundan sonra onların kimliyi ictimaiyyətə məlum olacaq.

Amiran Qiorqadze Marneuli Bələdiyyə Mcəlisinin sədri vəzifəsini artırq 4 ildir tutur. İlk dəfə 2017-ci ildə Bələdiyyə Məclisi sədri olub. İkinci müddətə sədr vəzifəsinə 2021-ci ilin yerli özünüidarə seçkilərindən sonra seçilib. Hər iki seçkilərdə Qiorqadze “Gürcü Arzusu”nun proporsional siyahında idi.

Marneulinin hazırkı meri Kənan Ömərov 2021-ci ildə seçilib. O, merliyə namizəd olaraq “Gürcü Arzusu” tərəfindən təqdim olunub. Marneulili müxalifətçilərin bir qismi bildirir ki, Kənan Ömərov ikinci müddətə seçkilərdə iştirak etməyəcək və partiya onun namizədliyini irəli sürməyəcək.

Gürcüstanda yerli özünüidarə seçkiləri 4 oktyabrda keçiriləcək. Müxalif siyasi partiyaların bir qismi seçkiləri boykot edir. Seçkilərdə “Qaxaria Gürcüstan naminə” və “Lelo” iştirak etməyi planlaşdırır.




Bu gün Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə çevrilib?

Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki, bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas şərtidir.

Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə qarşı çıxan mətbuata.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415



 

Print Email
FaceBook Twitter Google