Abituriyentlər üçün tarix, riyaziyyat, coğrafiya və ümumi qabiliyyət imtahanlarının nəticələri açıqlanıb
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi abituriyentlər üçün tarix, riyaziyyat, coğrafiya və ümumi qabiliyyət üzrə imtahanların ilkin nəticələrini dərc edib.

Abituriyentlər nəticələrini öyrənmək üçün online.naec.ge internet saytına daxil olmalı və müvafiq sahəyə şəxsi nömrəsini və beş rəqəmli parolunu daxil etməlidir. İmtahan verən şəxsi səhifəsində işinin surətinə və konkret fənn üzrə aldığı ilkin bala baxmaq imkanı var.

Tarix üzrə maksimum bal 60, minimum keçid balı 15 baldan yuxarıdır.

Riyaziyyat imtahanı üçün
maksimum bal 51, minimum keçid balı 10,2 baldan yuxarıdır.

Coğrafiya imtahanı üçün maksimum bal 59, minimum keçid balı 15-dir.

Ümumi qabiliyyət imtahanı üçün maksimum bal 80, minimum keçid balı 25-dir.

Tarix imtahanından bərabərləşdirmədən sonra balı 15-dən yuxarı olan abituriyentlər də keçə bilərlər.

Riyaziyyat imtahanından bərabərləşdirmədən sonra balları 10,2-dən yuxarı olan abituriyentlər də keçə bilər.


Bu gün Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə çevrilib?

Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki, bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas şərtidir.

Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə qarşı çıxan mətbuata.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google