Yerli özünüidarəetmə seçkilərində siyasi partiyaların proporsional
siyahılarının və majoritar namizədlərin,
həmçinin merliyə namizədlərin təqdim edilməsinin son müddəti 4
sentyabrda başa çatıb.
Marneuli 22 saylı dairə seçki komissiyasının sədri Lela
Kristesiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
dairə seçki komissiyası növbəti iki gün ərzində merliyə namizədləri
və proporsional siyahıları yoxlamalıdır. Bundan sonra Marneulidə
neçə nəfərin merliyə namizəd
kimi qeydiyyatdan keçdiyi və partiya
siyahılarında kimlərin olduğu məlum olacaq.
“Hazırda partiya siyahılarının, merliyə namizədlərin və
majoritar namizədlərin qeydə alınması prosedurları aparılır.
Qeydiyyat üçün sənədlərin təqdim olunması müddəti sentyabrın 4-də
başa çatıb. Hazırda dairə komissiyasında işlər davam edir. Bu o
deməkdir ki, təqdim edilmiş sənədlər yoxlanıldıqdan sonra partiya
siyahıları və majoritar namizədlər qeydə alına
bilər”, – deyə Lela Kristesiaşvili bildirib.
22 saylı Marneuli Dairə Seçki Komissiyasının sədrinin sözlərinə
görə, yerli özünüidarəetmə seçkiləri üçün Marneulidə 81 seçki
məntəqəsi açılacaq. Onlardan 41-i elektron texnologiya ilə, 40-ı
isə ənənəvi üsullarla fəaliyyət göstərəcək.
Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də
keçiriləcək.
Hazırda Marneuli merliyinə namizədliyi irəli sürülən 3 nəfərin
kimliyi məlumdur. “Gürcü Arzusu”nun namizədi Daur İsmayılov, “Lelo
– Güclü Gürcüstan” və “Gürcüstan naminə Qaxariya” partiyalarının
birgə namizədi Əsəd Əliyev, “Bizim Vahid Gürcüstan” partiyasının
namizədi isə Əli Bədirovdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.