Təşəbbüs qrupu tərəfindən Bələdiyyə Məclisinə majoritar namizəd kimi irəli sürülən şəxs namizədliyini geri götürüb
Yerli özünüidarəetmə seçkiləri üzrə təşəbbüs qrupu tərəfindən Vüqar Bayramovun Marneulinin Qızılhacılı kənd majoritar dairəsi üzrə namizədliyi irəli sürülsə də, o, seçkilərdə iştirakdan imtina edib.

Marneulidə təşəbbüs qrupunun irəli sürdüyü yeganə majoritar namizəd Vüqar Bayramov olub. Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumata əsasən, onun namizədliyi avqustun 19-da Marneuli 22 saylı Dairə Seçki Komissiyasında qeydə alınıb.

Vüqar Bayramovun
namizədliyi beş nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Qızılhacılı seçki dairəsi üzrə təşəbbüs qrupunun üzvləri Elmədin Talıbov, Elçin Allahverdiyev, Əhliman Babakişiyev, Tural Nəsibov və Nizam Bayramovdur.

22 saylı Marneuli Dairə Seçki Komissiyasından "Marneuli" radiosuna verilən məlumata görə, Vüqar Bayramov namizədliyinin dayandırılması barədə ərizə ilə komissiyaya müraciət edib və artıq Dairə Seçki Komissiyası bu barədə müvafiq qərar qəbul edib.

Əsas şəkil "Marneuli" radiosunun arxivindən götürülüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google