Marneulinin üç majoritar dairəsində “Lelo – Güclü Gürcüstan”dan
“Gürcü Arzusu”na keçən majoritar namizədlər Gülməmməd Qasımov,
Hümbət Cəlilov və Qara Orucov 2025-ci il seçkilərində “Lelo”
sıralarından iştirak etməli olublar.
Partiyanın üç majoritar namizədi seçkilərə 10 gün qalmış “Gürcü
arzusu”nun lehinə namizədliklərini geri götürdükləri ilə bağlı
açıqlamalar veriblər. Seçki Məcəlləsinə uyğun olaraq,
namizədlər seçkilərə ən az 16 gün
qalmış namizədliyini geri götürə
bilər və bu səbəbdən “Lelo”-nu majoritar namizədlərin adları
bülletenlərə salınıb.
Qızılhacılıda yerləşən 16 saylı seçki dairəsində “Lelo – Güclü
Gürcüstan”ın keçmiş majoritar namizədi Qara Orucov bir səs belə
toplaya bilməyib. Həmin rayonda “Gürcü arzusu”nun namizədi Ceyhun
Çoydarov 3 946 səs toplayıb.
Qullar kəndində yerləşən 17 saylı seçki dairəsində “Lelo – Güclü
Gürcüstan”ın keçmiş majoritar namizədi Hümbət Cəlilov 56 səs
toplayıb ki, bu da seçicilərin 3,151 faizi deməkdir. Həmin
məntəqədə “Gürcü arzusu”nun namizədi Xaqani Osmanov 1 721 səs
toplayıb ki, bu da 96,849% təşkil edir.
Kosalı kəndində yerləşən 13 saylı seçki dairəsində "Lelo – Güclü
Gürcüstan"ın keçmiş majoritar namizədi Gülməmməd Qasımov 474 səs
toplayıb ki, bu da 12,418% təşkil edir. Həmin rayonda “Gürcü
arzusu”nun namizədi Nazilə Mustafayeva 3 343 səs toplayıb ki, bu da
87,582% təşkil edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.