Sadaxlıda seçicilərin pulla aldındığı iddia olunur – Video
Marneulidə, Sadaxlı kəndində 88-ci seçki məntəqəsində "Vahid Milli Hərəkat" partiyasının Marneuli rayon təşkilatının sədri Qiorqi Mumladze seçicilərin rüşvət aldığının şahidi olub. 

Mumladzenin sözlərinə görə, avtomobildə olan şəxs "Gürcü Arzusu" nun koordinatorudur. O, əlində siyahı tutub. Mumladzenin sözlərinə görə, həmin şəxs seçkidə iştirak edən seçicilərə pul payladyırmış. 

"Sadaxlıda, 88 -ci seçki məntəqəsində qanun pozuntusunun şahidi olduq. Seçki məntəqəsinin yaxınlığında avtomobildə olan, "Gürcü Arzusu"nun koordinatoru olduğu ortaya çıxan şəxs seçici siyahılarını əlində saxlayırdı. Güman ki, o, seçkidə iştirak edən seçicilərə rüşvət təklif edir və onlara pul verirdi. Həmin şəxs bizi gördükdən sonra dərhal ərazidən qaçıb uzaqlaşdı."

Qiorqi Mumladze hadisənin baş verdiyi 88-ci seçki məntəqəsindən polisə zəng vurub.

Print Email
FaceBook Twitter Google