"Gürcü Arzusu" partiyasının merliyə namizədi Kənan Ömərov öz doğma
kəndi, Sabirkənddə səsvermədə iştirak edib.
O, Sabirkənd kəndindəki 11 saylı seçki məntəqəsində səs
verib.
Jurnalistlərlə söhbəti zamanı Kənan Ömərov sabahkı gün üçün
səsverdiyini bildirdi:
"Mənim vətəndaşlıq borcumu ödəməyin vaxtı gəldi. Səsimi
Marneulinin inkişafına və çiçəklənməsinə verdim. Hər kəsə uğurlar
arzu edirəm", – Ömərovun sözlərinə görə, seçki sakit
şəkildə davam edir.
Bu gün, 2 oktyabr tarixində Gürcüstanda yerli özünüidarə seçkiləri
keçirilir. Marneulidə 90 seçki məntəqəsi var.