Kənan Ömərov seçkilərdə iştirak etdi
"Gürcü Arzusu" partiyasının merliyə namizədi Kənan Ömərov öz doğma kəndi, Sabirkənddə səsvermədə iştirak edib.

O, Sabirkənd kəndindəki 11 saylı seçki məntəqəsində səs verib. 

Jurnalistlərlə söhbəti zamanı Kənan Ömərov sabahkı gün üçün səsverdiyini bildirdi:

"Mənim vətəndaşlıq borcumu ödəməyin vaxtı gəldi. Səsimi Marneulinin inkişafına və çiçəklənməsinə verdim. Hər kəsə uğurlar arzu edirəm", – Ömərovun sözlərinə görə, seçki sakit şəkildə davam edir. 

Bu gün, 2 oktyabr tarixində Gürcüstanda yerli özünüidarə seçkiləri keçirilir. Marneulidə 90 seçki məntəqəsi var. 

"Marneuli" Radiosu




Print