Saat 10-a olan göstəricilərə görə, Marneulidə 90 seçki məntəqədə
qeydiyyatda olan 3192 seçicidən ümumilikdə, 3,19% seçkidə iştirak
edib. Bu barədə Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri
Ani İluridze müsahibə verib.
“İndiyə olan göstəricilərə görə, 3192 seçici səs verib
və bu ümumilikdə, seçicilərin 3,19% təşkil edir” –
İluridze bildirdi.
Xatırladaq ki, Marneulidə kovidə yoluxmuş və təcriddə olan adamlar
üçün xüsusi, 91-ci məntəqədə fəaliyyət göstərir. Həmin məntəqədə 49
nəfər qeydiyyatdan keçib.