Bu gün, Marneuli bələdiyyəsi miqyasında 91 məntəqə səhər saat
07:00-dan açılıb.
Bütün məntəqələrdə səsvermə saat 08:00-dan başlayıb. Marneuli Dairə
Seçki Komissiyasının sədri Ani İluridzenin “Marneuli” raidosuna
verdiyi məlumata görə, bütün seçki məntəqələri vaxtında və sakit
rejimdə açılıb.
“Səhər saat 7-də bütün məntəqələr açıldı. Müvafiq
olaraq məntəqənin prosedurları keirmək üçün bir saat vaxtı var idi.
Sakitlikdir, biz seçicilər barədə statsitikaları almağa başladıq.
Saat 10-a olan göstəriciləri biləcəyik”.
Onun sözlərinə görə, Marneulidə, bir xüsusi məntəqə fəaliyyət
göstərir və orada kovidə yoluxmuş, təcriddə olan adamlar səs
verəcək. Siyahıda 49 nəfər var.
“Bu siyahıda olan bütün seçicilər Konstitusiya ilə
verilmiş hüquqlarından istifadə edə və istədikləri namizədə səsə
verə bilərlər.”
Bu gün, 2 oktyabr tarixində, Marneulidə yerli özünüidarə seçkiləri
keçirilir. Marneuli meri vəzifəsi uğrunda üç namizəd – Gürcü
Arzusundan Kənan Ömərov, Vahid Milli Hərəkatdan Eldar Mustafayev,
Avropalı Gürcüstandan isə Əhməd İmamquliyev mübarizə aparır.