Marneuli bələdiyyəsində, Təzəkənddə, 13 saylı seçki məntəqəsində
eyni seçici, güman ki, iki dəfə səs verib.
Bu barədə məntəqədə olan müşahidəçilər “Marneuli” radiosu ilə
söhbət zamanı bildiriblər. Onların sözlərinə görə, qeyd olunan şəxs
üçüncü dəfə də səs verməyi planlaşdırırmış.
Bu dəqiqələrdə Marneuli 22 saylı Dairə Seçki Komissiyasının
nümayəndəsi Nino Kirvalidze hadisə yerindədir və baş vermiş hadisə
ilə bağlı artıq şikayət yazılıb, şikayəti seçki komissiyası
araşdıracaq.