Təzəkənddə güman ki, eyni adam iki dəfə səs verib
Marneuli bələdiyyəsində, Təzəkənddə, 13 saylı seçki məntəqəsində eyni seçici, güman ki, iki dəfə səs verib.

Bu barədə məntəqədə olan müşahidəçilər “Marneuli” radiosu ilə söhbət zamanı bildiriblər. Onların sözlərinə görə, qeyd olunan şəxs üçüncü dəfə də səs verməyi planlaşdırırmış.

Bu dəqiqələrdə Marneuli 22 saylı Dairə Seçki Komissiyasının nümayəndəsi Nino Kirvalidze hadisə yerindədir və baş vermiş hadisə ilə bağlı artıq şikayət yazılıb, şikayəti seçki komissiyası araşdıracaq.


"Marneuli" Radiosu
Print