Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Keli Deqnan
Marneulidə seçkilərin müşahidə prosesində iştirak edib.
O, Marneuli 88 saylı seçki məntəqəsində olub. Deqnanın sözlərinə
görə, bu gün mühüm gündür. Çünki azad demoratik seçkilər hər hansı
demokratiyanın təməlidir.
Amerika səfirliyinin təxminən 48 müşahidəçi qrupu bütün Gürcüstan
mqiyasında seçki prosesini müşahidə edir.
“Çox mühüm gündür. Sevinirəm ki, seçkilərin müşahidə prosesində
iştirak etdim. Ötən ilin oktyabrında da burada idim. Baxıram
seçicilər gəlirvə bu məni sevindirir. Onlar öz öhdəliklərinə ciddi
yanaşırlar. Bu gün mühüm gündür. Çünki vətəndaşlar seçki
məntəqələrində öz səslərini verə bilərlər. Azad demokratik seçkilər
hər hansı demokratiyanın təməlidir. Səfirlik prosesləri müşahidə
edir. Eləcə də səfirlikdə mərkəz fəaliyyət göstərir.Həmin mərkəz
mediada yayımlanan məlumatları izləyir, beynəlxalq müşahidə
təşkilatları ilə ünsiyyətdədirlər. Müvafiq olaraq, bu seçkilərə
maraq çox böyükdür”- Keli Deqnan bildirib.
Marneulidə 91 seçki məntəqəsi açılıb. Saat 12:00-a olan
göstəricilərlə ümumilikdə 15 498 nəfər səs verib.