Azad demokratik seçkilər hər hansı demokratiyanın təməlidir – Keli Deqnan Marneulidəki 88 saylı məntəqəyə gedib
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Keli Deqnan Marneulidə seçkilərin müşahidə prosesində iştirak edib.

O, Marneuli 88 saylı seçki məntəqəsində olub. Deqnanın sözlərinə görə, bu gün mühüm gündür. Çünki azad demoratik seçkilər hər hansı demokratiyanın təməlidir.

Amerika səfirliyinin təxminən 48 müşahidəçi qrupu bütün Gürcüstan mqiyasında seçki prosesini müşahidə edir.

“Çox mühüm gündür. Sevinirəm ki, seçkilərin müşahidə prosesində iştirak etdim. Ötən ilin oktyabrında da burada idim. Baxıram seçicilər gəlirvə bu məni sevindirir. Onlar öz öhdəliklərinə ciddi yanaşırlar. Bu gün mühüm gündür. Çünki vətəndaşlar seçki məntəqələrində öz səslərini verə bilərlər. Azad demokratik seçkilər hər hansı demokratiyanın təməlidir. Səfirlik prosesləri müşahidə edir. Eləcə də səfirlikdə mərkəz fəaliyyət göstərir.Həmin mərkəz mediada yayımlanan məlumatları izləyir, beynəlxalq müşahidə təşkilatları ilə ünsiyyətdədirlər. Müvafiq olaraq, bu seçkilərə maraq çox böyükdür”-
Keli Deqnan bildirib.

Marneulidə 91 seçki məntəqəsi açılıb. Saat 12:00-a olan göstəricilərlə ümumilikdə 15 498 nəfər səs verib.

"Marneuli" Radiosu
Print