Sabah Marneuli üçün və bütövlükdə Gürcüstan üçün daha yaxşı olacaq – Zaur Darğallı
Parlamentin Marneuli və Qardabanidən majoritar deputatı Zaur Darğallı səsvermədə iştirak edib.

O, bu barədə "Facebook" səhifəsində paylaşım edib. 

Darğallı bu günün qələbə günü olduğunu və Marneulinin inkişafına, Avropalı gələcəyə, ölkənin çiçəklənməsinə, sürətli iqtisadi inkişafına səs verdiyini yazıb. 

Deputat sabahkı günün Gürcüstan və Marneuli üçün daha yaxşı olacağını vurğulayıb. 

O, sonda Marneuli merliyinə namizəd Kənan Ömərovun və "Gürcü Arzusu"nun qalib gələcəyini bildirib.

Darğallının paylaşımını olduğu kimi təqdim edirik: 


Print