Bu gün, 2 oktyabr tarixində Gürcüstanda yerli özünüidarə seçkiləri
keçirilir.
Müxalif partiyaların namizədlərinin sözlərinə görə, Marneulidə
seçki məntəqələrində səsvermə prosesi qayda pozuntuları ilə davam
edir. "Vahid Milli Hərəkat" partiyasının müşahidəçisi 5 saylı seçki
məntəqəsində bir nəfərin ikinci dəfə səsvermə prosesində iştirak
etdiyinin şahidi olub. Müşahidəçi qayda pozuntusu yaradan şəxsə
mane olduğu zaman həmin şəxs ona qarşı çıxıb və birinci dəfədir ki,
məntəqəyə daxil olduğunu bildirib.
5 saylı seçki məntəqəsindən çəkilən videonu olduğu kimi təqdim
edirik: